SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbus Xaməneiyə açıq məktub yazdı - İstefa ver

2025.04.19, 10:36
Azərbaycanlı siyasi məhbus Xaməneiyə açıq məktub yazdı - İstefa ver

Bu gün ölkədə hakim olan yoxsulluğun, mövcud rəzalətin və ölkənin dağılmaq ərəfəsində olmasının səbəbkarı sənsən və buna görə də təcili hakimiyyətdən əl çək.

Gunaz.tv

Bunu hazırda Yəzd şəhərinin həbsxanasında 15 illik həbs cəzasını çəkən azərbaycanlı həkim, siyasi məhbus Həmid Qarahəsənli İran rəhbəri Əli Xaməneiyə ünvanladığı açıq məktubda yazıb.

"Zülm üzərində qurulan hakimiyyət dağılacaq, hakimiyyətinizin bu son günlərində tövbə edin və xalqdan üzr istəyin, baxmayaraq ki, bir çox günahlarınız bağışlanası deyil",- siyasi məhbus qeyd edib.

O, hər hası xarici gücün iranlılara azadlıq bəxş etməyəcəyini deyib və xalqı birlikdə hərəkət edərək öz talelərini həll etməyə çağırıb.

"Xarici qüvvələr bizə azadlıq versələr belə, onu istədikləri vaxt geri alacaqlar. Ona görə də, yalnız dinc, planlı və davamlı etiraz aksiyaları ilə tapdalanan hüquqlarımızı əldə etməliyik",- Qarahəsənli əlavə edib.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 54 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli etiraz aksiyalarında iştirak etdikləri üçün Kərəc şəhərindəki evlərində həbs edilib. Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar