SON XƏBƏRLƏR

İran-ABŞ danışıqları uğursuzluqla nəticələnəcək- İsrail mediası

2025.04.21, 11:29
İran-ABŞ danışıqları uğursuzluqla nəticələnəcək- İsrail mediası

İsrailli qeyri-hökumət mənbə son zamanlar yüksək səviyyəli amerikalı rəsmi ilə danışıb və həmin şəxs bildirib ki, İran İslam Respublikası ilə ABŞ arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda əldə olunan irəliləyişlərdən İsrail narahat olmamalıdır.

Gunaz.tv

Bunu İsrailin "Hayom" qəzeti yazıb.

"ABŞ Prezidenti Donald Tramp İran rejimindən qaynaqlanan təhlükənin ciddiliyinin tam şəkildə fərqindədir. ABŞ Prezidenti danışıqları öz üslubunda aparır və tam olaraq nə etdiyini bilir",- qəzet mənbəyə istinadən bildirib.

Amerikalı rəsminin proqnozuna görə,  Vaşington və Tehran arasında iki raund danışıqlarda müəyyən irəliləyişlər olmasına baxmayaraq, ABŞ-ın tam tələblərinin təqdim olunmasından sonra bu danışıqların nəticəsiz bitəcəyi ehtimal olunur.

İsrailli mənbənin dediyinə görə, amerikalılar Tramp administrasiyasının əsas tələblərindən geri çəkilməyiblər. 

"İranın nüvə infrastrukturunun Liviya modeli əsasında tam yığışdırılması, ballistik raket proqramının dayandırılması və İranın Yaxın Şərqdəki proksi qruplarına dəstəyinin sona çatdırılması İran qarşısında irəli sürülən əsas şərtlər kimi qalmaqdadır",- "Hayom" qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar