SON XƏBƏRLƏR

İsrail ordusu İrana görə təlimlərə başladı

2025.04.22, 10:13
İsrail ordusu İrana görə təlimlərə başladı

İranın nüvə proqramı ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda İsrail ordusu aprelin 21-i ölkənin hərbi bazalarına mümkün raket hücumlarına hazırlıq məqsədilə təlim keçirib.

Gunaz.tv

Bununla bağlı İsrailin dövlət televiziyası KAN məlumat yayıb.

Televizyanın məlumatına görə, bu təlim İranın 2024-cü ilin aprel və noyabr aylarında İsrail hərbi bazalarına əvvəlki hücumlarını simulyasiya etməklə keçirilib.

İsrail mənbələri bildiriblər ki, bu təlimin məqsədi İran və ABŞ arasında nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə hazırlığı artırmaqdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar