SON XƏBƏRLƏR

İran Təhsil Nazirliyinin hərəkəti etirazlarla qarşılandı

2025.04.22, 11:43
İran Təhsil Nazirliyinin hərəkəti etirazlarla qarşılandı

İran Təhsil Nazirliyi ilə Baş Polis Komandanlığı arasında imzalanan anlaşma memorandumu müəllimlər və təhsil işçilərinin etirazı ilə qarşılaşıb.

Gunaz.tv

Bu barədə İran Təhsil İşçiləri Kordinasiya Şurasının bəyanatında bildirilib.

Şura bu hərəkəti təhsilə, müəllimlərə və şagirdlərə qarşı təhqir və təzyiq olduğunu bildirib:

"Polis qüvvələrinin məktəb ərazilərinə daxil olması açıq-aşkar qeyri-qanunidir, şagirdlərin və müəllimlərin hüquqlarını pozmaq və onlara qarşı təzyiq vasitəsidir",- bəyantda qeyd olunub.

Bəyanat müəllifləri bununla bağlı Təhsil Nazirliyinə xəbərdarlıq edib və birmənalı olaraq məktəblərin hərbiləşdirilməsinə qarşı müqavimət göstərəcəklərini bəyan ediblər.

Onlar bu addımı hakimiyyətin məcburi hicab qaydaları siyasətinin uğursuzluğa düçar olması kimi dəyərləndiriblər.

Qeyd edək ki, anlaşmaya əsasən polisə rəsmi olaraq məktəblərə daxil olmaq, şagirdlərə təlim keçmək və qız şagirdlərin məcburi hicab qaydalarına nəzarət etmək icazəsi verilib.

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar