SON XƏBƏRLƏR

Sünni din xadimi həbs edildi

2025.04.24, 11:56
Sünni din xadimi həbs edildi

İranda sünnilərə təzyiqlərin davamında Kirmanşah şəhərində tanınmış sünni din xadimi Ayət Qulami həbs edilib.

Gunaz.tv

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, aprelin 23-də Din xadimləri Xüsusi Məhkəməsinə çağırıldıqdan sonra saxlanılıb.

Qulaminin həbs səbəbi və hara aparılması barədə məlumat verilməyib.

Qeyd edək ki, Ayət Qulami bundan əvvəl ölkədə sünnilərə qarşı ayrı-seçkiliklərə etiraz etdiyinə görə təzyiqlərə məruz qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar