SON XƏBƏRLƏR

İranın dövlət televizyasında müsəlmanların birinci xəlifəsi təhqir edildi

2025.04.24, 15:19
İranın dövlət televizyasında müsəlmanların birinci xəlifəsi təhqir edildi

İran televizyasının birinci kanalında müsəlmanların birinci xəlifəsi Əbübkərin təhqir olunması ölkədə yaşayan sünni məzhəbli müsəlmanların etirazına səbəb olub.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumaatb görə, Əbübkər aprelin 23-ü axşam saatlarında "Simaye xanevade" (Ailinin simasi) adlı verilişdə təhqir olunub, onun islam dünyasına mənsubluğu şübhə altına alınıb.

Bundan sonra sünni məzhəbli din xadimləri sosial media platformalarında paylaşım edərək dövlət televizyasını müsəlmanlar arasında nifaq salmaqda günahlandırıblar.

Etiraz paylaşımları və bəyanatlarının artmasından sonra Dövlət Televizyası bəyanat yayaraq hadisəni "bağışlanmılmaz və şübhəli" adlandırıb, sünnilərdən üzr istəyib və televizyanın bölmə rəisi və aparıcının işdən çıxarıldığını deyib.

Qeyd edək ki, rəsmi statistikaya görə, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün, ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar