SON XƏBƏRLƏR

İstanbulda Türkiyə-Rusiya məsləhətləşmələri keçiriləcək

2025.04.24, 15:19
İstanbulda Türkiyə-Rusiya məsləhətləşmələri keçiriləcək

Aprelin 25-də İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələr nazir müavinləri səviyyəsində olacaq. Türkiyə və Rusiyanı görüşdə xarici işlər nazirlərinin müavinləri Nuh Yılmazla Mixail Boqdanov təmsil edəcək.

Görüşdə əsas müzakirə mövzuları regional problemlər, xüsusilə də Suriya və Fələstin məsələləri olacaq. Tərəflər bu mövzular üzrə geniş fikir mübadiləsi aparacaqlar.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar