SON XƏBƏRLƏR

Ərdəbildə müəllim çatışmazlığı

2025.04.26, 12:09
Ərdəbildə müəllim çatışmazlığı

Ərdəbil əyalətində müəllim çatışmzalığı davam edir və əyalətdə 1000 müəllimin işə götürülməsinə ehtiyac var.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Təhsil darəsinin rəhbəri Seyid Ərdəşir Rəşidi açıqlama verib.

O, müəllim çatışmazlığının ibtidai məktəblərlə yanaşı, orta məktəb və hətta universitetlərdə də yaşandığını bildirib.

Əyalətdə 256 min 765 şagirdin təhsil aldığına diqqət çəkən Rəşidi, orta hesabla hər 20 şagird üçün 1 müəllimin düşməli olduğunu söyləyib.

Qeyd edək ki, bununla yanaşı əyalət valisi Məsud İmami Yeganənin verdiyi məlumata görə, Ərdəbil, Parsabad, Xiyav, Xalxal və Aslanduz şəhərlərində həm də ciddi məktəb çatışmazlığı yaşanır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar