SON XƏBƏRLƏR

İranda partlayışda 4 nəfər həlak olub

2025.04.26, 18:49
İranda partlayışda 4 nəfər həlak olub

Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 4 nəfər həlak olub, 516 nəfərə yaralanıb.

Gunaz.tv

Bu barədə İranın Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi açıqlama verib.

Məlumatlara görə, Rəcayi limanına gedən bütün yollar bağlanıb, yaralı və ölülərin axtarışı, yanğının sömdürülməsi üçün əmliyyatlar davam etdirilir.

İranın daxili işlər naziri İskəndər Momeni ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış yerinə uçub.

İ.Momeni partlayışın başvermə şəraitinin aydınlaşdırılmasında iştirak və hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyata rəhbərlik edəcək.

Yaralıların sayının artmasına görə Bəndər Abbas şəhərində qanköçürmə mərkəzi təcili qan toplanması ilə bağlı çağırış edib.

Qeyd edək kİ, rəsmi məlumatlarda hadisənin limanın anbarlarında saxlanılan ammonyak tankerlərinin partlaması ilə əlaqəli olduğu iddia olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar