SON XƏBƏRLƏR

Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər

2025.04.28, 14:33
Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Qurgen Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.

O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar