SON XƏBƏRLƏR

İran “Avropa üçlüyü”nə Romada iclas keçirməyi təklif edib

2025.04.29, 09:49
İran “Avropa üçlüyü”nə Romada iclas keçirməyi təklif edib

İran Avropa Birliyinin üç ölkəsinə (Almaniya, Böyük Britaniya və Fransa) mayın 2-də Romada nüvə proqramı ilə bağlı iclas keçirməyi təklif edib.

Gunaz.tv

Bu barədə “Reuters” diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, İran Amerika ilə danışıqların bərpa olunacağı təqdirdə Avropa ölkələri ilə görüşməyi təklif edib. Məqalədə deyilir ki, “Avropa üçlüyü” hələlik təklifə cavab verməyib.

“Axios”un müxbiri Barak Ravid da bildirib ki, Amerika və İran arasında məsləhətləşmələrin növbəti raundu şənbə günü, mayın 3-də İtaliyanın paytaxtında keçiriləcək.

Qeyd edək ki, yanvarın əvvəllərində adı çəkilən 3 Avropa ölkəsi və İranın yüksək rütbəli diplomatları Cenevrədə nüvə danışıqlarının (Birgə Hərtərəfli Fəaliyyət Planı) bərpası imkanlarını müzakirə ediblər.

"Avropa üşlüyü" bəyan ediblər ki, yaya qədər razılıq əldə olunmasa, İrana qarşı "tətik mexanizmi" işə salınacaq və sanksiyaların dərhal qaytarılması prosesi başlayacaq.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar