SON XƏBƏRLƏR

Fransa İranın nüvə proqramına görə xəbərdarlıq etdi - Öhdəlikləri pozub

2025.04.29, 11:03
Fransa İranın nüvə proqramına görə xəbərdarlıq etdi - Öhdəlikləri pozub

İran-Amerika danışıqlarında Avropanın təhlükəsizlik maraqları təmin olunmasa, üç Avropa ölkəsi “tətik mexanizmini” işə salacaq və BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək.

Gunaz.tv

Bu barədə Fransanın xarici işlər naziri Jan Noel Baron xəbərdarlıq edib.

"İran nüvə silahı əldə etmək niyyətindədir və uranın zənginləşdirilməsi ilə bağlı götürdüyü bütün öhdəliklərindən qırağa çıxıb ",- Baron Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə birgə konfransda deyib.

Avropanın İranın heç vaxt nüvə silahı əldə etməməsini istədiyini deyən nazir, İrana qarşı sanksiyaların bərpası ilə bağlı yaya qədər qərar veriləcəyini vurğulayıb.

Rafael Qrossi də müharibənin qarşısını almaq üçün vaxtın məhdud olduğu barədə xəbərdarlıq edib:

"Artıq bir neçə il və ya bir neçə aydan söhbət getmir, bu bəlkə də cəmi bir neçə həftə ərzində baş verə bilər".

O vurğulayıb ki, İranla Amerika arasında istənilən razılaşma BAEA tərəfindən təsdiqlənməlidir: 

“Əks halda bu, etibarsız sənəd olacaq”.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar