SON XƏBƏRLƏR

İranda daha bir məhbus intihar etdi

2025.04.30, 15:46
İranda daha bir məhbus intihar etdi

İranın Kirmanşah əyalətinin Mahidəşt şəhərinin həbsxanasında saxlanılan məhbus intihar edərək həyatına son qoyub.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Hamid Qəravənd adlı məhbus həb və metadon qəbul edərək həyatına son qoyub.

İnsan haqları fəalları məhbusun hakim, həbsxana nəzarətçiləri tərəfindən təhqir olunmasına etiraz olaraq intihara əl atdığını bildirirlər.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar