SON XƏBƏRLƏR

Qəzvində İraq Kürdüstanının "milli marşı" səsləndirildi

2025.05.01, 13:36
Qəzvində İraq Kürdüstanının "milli marşı" səsləndirildi

İraqın Ərbil əyalətinin valisi Ümid Xoşnav Qəzvin əyalətinə səfər edib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Xoşnavın Qəzvin əyalətinin valisi Məhəmməd Nozəri ilə görüşündən əvvəl keçirilən rəsmi qarşılama mərasimində İraqın milli himni əvəzinə Kürdüstan muxtariyyətinin "milli marşı" səsləndirilib.

Bu, İranın bəzi media orqanları və sosial media platformalarında narazılıqla qarşılaşıb.

Onlar bunu İraqın suverənliyini sual altına aparmaq kimi dəyərləndirib, rəsmi Badadın İrana etiraz etməsinə səbəb olacağını yazıblar.

Qeyd edək ki, bundan əvvəl Ümid Xoşnavın Qərbi Azərbaycan əyalətinə səfəri zamanı da oxşar hadisə baş vermiş, İraq bayrağı yerinə İraq Kürdüstanının "bayrağı" qaldırılmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar