SON XƏBƏRLƏR

Tehranın nüvə problemi hərbi münaqişəyə çevrilə bilər!- Qrossi

2025.05.01, 16:23
Tehranın nüvə problemi hərbi münaqişəyə çevrilə bilər!- Qrossi

İranın nüvə proqramı durmadan irəliləyir və ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün vaxt daralır.

Gunaz.tv

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi "US News"a müsahibəsində bildirib.

“Bu səviyyədə zənginləşmə narahatlıq doğurur. Bu bir reallıqdır və hazırda baş verir. Sentrifuqalar hələ də işləyir, zənginləşdirilmiş uran ehtiyatlar artar və bununla belə siyasi və diplomatik fəaliyyətsizlik davam edir",- o bildirib.

Qrossi, vaxtın çox məhdud olduğunu və razılıq əldə olunmazsa, bəzi ölkələrin birtərəfli hərbi əməliyyatlara əl ata biləcəyini bildirərək xəbərdarlıq edib:

“Biz bu prosesi irəli aparmalı və onun dalana dirənməsinə imkan verməməliyik. Bu, bizim ən yaxşı fürsətimizdir".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar