SON XƏBƏRLƏR

Qəzvində etiraz eyləmi keçirilib

2025.05.02, 12:30
Qəzvində etiraz eyləmi keçirilib

Mayın 1-də Qəzvin şəhərində bir qrup vətəndaş etiraz eyləmi keçirib.

Gunaz.tv

Bu barədə sosial media platformalarında məlumat yayılıb.

Qəzvin əyalətinin Yollar və Şəhərsalma Baş İdarəsinin qarşısına toplaşan etirazçılar aldadıldıqlarını deyiblər.

Onlar hökumətin "Milli Məskən" layihəsi çərçivəsində ev almaq üçün illər əvvəl ödəniş etmələrinə baxmayaraq mənzillərinin təhvil verilmədiyini bildiriblər.

Yollar və Şəhərsalma Nazirliyinin vətəndaşları aldatdığını deyən qəzvinlilər, məsələ ilə bağlı müraciətlərinin cavabsız qalmasından şikayətləniblər.

Qeyd edək ki, aldadılan qəzvinlilər aprelin 22-də də etraz eyləmi keçirmişdilər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar