SON XƏBƏRLƏR

1 ayda İranda 33 etnik bəluc edam edilib

2025.05.02, 15:36
1 ayda İranda 33 etnik bəluc edam edilib

Aprel ayında İranın müxtəlif həbsxanalarında 33 sünni məzhəbli etnik bəluc edam edilib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, daha 85 etnik bəlucun da edam ediləcəyi barədə qərar təsdiqlənib.

Edam edilənlərin 24-nün narkotik maddələrinin alveri, 5-nin qətl və 4-nün siyasi məslələrə görə ölüm cəzasına məhkum olunduqları bildirilib.

Qeyd edək ki, cari ildə İranda ümumilikdə 342 nəfər edam edilib, onlardan 11-i qadındır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar