SON XƏBƏRLƏR

ABŞ və Ukrayna yeraltı sərvətlərlə bağlı sənədləri çətinliklə imzaladı

2025.05.03, 10:41
ABŞ və Ukrayna yeraltı sərvətlərlə bağlı sənədləri çətinliklə imzaladı

Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı üç sənəd imzalayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Politico nəşri xəbər paylaşıb.

Politico-nun məlumatına görə, Ukraynanın baş nazirinin müavini Yuliya Sviridenko yeraltı sərvətlərə dair sazişi imzalamaq məqsədilə Vaşinqtona gəldikdə, “çətinliklər yaranıb”.

Verilən məlumata əsasən, Ukrayna əsas iqtisadi paketi və iki texniki sazişi imzalamaqdan yayınıbmış. Bununla belə, nəşrin iddiasına görə, sonda Ukrayna bu sənədləri imzalayıb.

Sviridenko ABŞ paytaxtına çatdıqda, amerikalı rəsmilər ondan əlavə iki sənədi — fondla bağlı tamhüquqlu sazişi və texniki əlavəni də imzalamağı tələb ediblər.

ABŞ maliyyə naziri Stiv Bessentin komandası ukraynalılara bildirib ki, Sviridenko “bütün sazişləri imzalamağa hazır olmalıdır, əks halda geri qayıtmalıdır”. Ukrayna nümayəndələri isə hüquqi prosedurları, xüsusilə də fond sazişinin parlament tərəfindən ratifikasiya edilməli olduğunu əsas gətirərək əvvəlcə bundan imtina ediblər, lakin əlavə ediblər ki, bu məsələyə bir yol tapacaqlar.

Financial Times-ın yazdığına görə, Ukraynanın baş naziri Denis Şmıqal Kiyevdə fövqəladə Nazirlər Kabineti iclası çağıraraq, guya Sviridenkoya parlamentin təsdiqi olmadan hərəkət etmək səlahiyyəti verib. Bundan dərhal sonra razılaşma rəsmiləşdirilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar