SON XƏBƏRLƏR

Türk dünyasının idman komandaları Traxtoru təbrik edib

2025.05.03, 10:58
Türk dünyasının idman komandaları Traxtoru təbrik edib

Dünən Tarxtor futbol komandası Qəzvinin Qol Şəms-Azər komandasını 4:0 hesabı ilə məğlub edərək çempionluğunu qabaqcadan rəsmiləşdirib.

Gunaz.tv

Bu münasibətlə Türk dünyasının klubları və media qurumları Traxtor futbol komandasına təbriklər ünvanlayıblar.

Quzey Azərbaycanın “Neftçi Bakı”, "Qarabağ", "Turan Tovuz", "Zirə", "Sumqayıt" və "Kəpəz" klubları sosial media hesablarında bu barədə paylaşım ediblər.

Türkiyə hökumətinə bağlı Anadolu Agentliyinin rəsmi səhifəsində, “TV8” kanalında və Türkiyənin “Trabzonspor”, “Qalatasaray”, “Fənərbaxça” klublarının rəsmi hesablarında Traxtura təbriklər göndərilib.

Bununla yanaşı, Makedoniyanın “Oskop Sport” komandası da (Makedoniya türkləri komandası) Təbriz və Güney Azərbaycan təmsilçisə öz təbriklərini çatdırıb.

Beləliklə "Traxtor" bir daha sübut etmiş oldu ki, o, sadə bir futbol komandasından daha artıqdır. "Traxtor" Türk dünyasının ən böyük tərəfdar kütləsinə sahib komandalarından biri olmaqla yanaşı, həm də İranda səsi boğulmağa çalışılan Güney Azərbaycan türklərinin haqq səsidir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar