SON XƏBƏRLƏR

Şimali Kiprdə Türk Təşkilatı Ağsaqqallar Şurasının 17-ci toplantısı keçirilib.

2025.05.03, 11:41
Şimali Kiprdə Türk Təşkilatı Ağsaqqallar Şurasının 17-ci toplantısı keçirilib.

Şimali Kipr Türk Respublikasının Girne şəhərində üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci iclası keçirilib.

Gunaz.tv

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Şimali Kiprin Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu aldıqdan və "Technofest" texnologiya festivalına ev sahibliyi etdikdən sonra oynadığı fəal rola toxunaraq, türk dünyasının ortaq hədəflərinin firavanlıq, təhlükəsizlik və sivilizasiyaya olduğunu söyləyib.

Bişkek sammitində 16 müqavilənin imzalanmasına toxunan Binəli Yıldırım "Ortaq yola yeni güc qatmaq üçün bir araya gəlmişik" deyib.

O, həmçinin Orta Dəhlizin enerji təhlükəsizliyi və iqtisadi tərəqqidə strateji rolunu xatırladıb və 34 hərfdən ibarət ortaq türk əlifbasının yazılması və türklərin ortaq tarixinin tərtib edilməsi istiqamətində irəliləyişlərin olduğunu bildirib.

"Bu görüşün Şimali Kiprdə keçirilməsi Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrə qarşı aparılan mənfi təbliğata açıq cavabdır." - deyə Binəli Yıldırıb vurğulayıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar