SON XƏBƏRLƏR

Araqçı Amerikaya görə Quterreşə gileyləndi

2025.05.03, 12:06
Araqçı Amerikaya görə Quterreşə gileyləndi

İranın xarici işlər naziri Abbas Araqçı, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı zamanı Amerikanın mayın 3-də keçirilməsi nəzərdə tutulan danışıqları ləğv etməsindən gileylənib.

Gunaz.tv

"Amerika rəsmilərinin ziddiyyətli davranışları və açıqlamaları, sanksiyalar və təhdidlərin davam etdirilməsi ilə yanaşı, Amerikanın diplomatik prosesin irəliləyişinə dair həqiqi iradəsinə qarşı inamsızlıq və şübhələri artırıb",- iranlı nazir deyib.

Qeyd edək ki, İran tərəfi bundan əvvəl Tehran nümayəndələrinin mayın 2-də Almaniya, Britaniya və Fransa ilə Romada görüşəcəyini, İranın nüvə proqramı və bu ölkəyə qarşı olan sanksiyaları müzakirə edəcəklərini iddia etmişdi.

Adı çəkilən Avropa ölkələrinin rəsmiləri belə bir görüşün olmayacağını bildirmələri ilə yanaşı, bu gün Romada Amerika-İran arasında keçirilməsi planlaşdırılan görüşdə ləğv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar