SON XƏBƏRLƏR

İsrailə atılan raketlərə görə İran məsuliyyət daşıyır - Qantz

2025.05.04, 14:19
İsrailə atılan raketlərə görə İran məsuliyyət daşıyır - Qantz

"Bura Yəmən deyil, İrandır” yazıb. “İsrail dövlətinə ballistik raketlər atan İrandır və buna görə məsuliyyəti öz üzərinə götürməlidir.

Gunaz.tv

Bunu İsrailin keçmiş müdafiə naziri Benni Qantz özünün X hesabında yazıb.

"İsrail hökuməti ayılmalı və məhdud cavab vermək dövrünə qayıtmamalıdır. İsrail ərazisinə atəş açılmasına görə Tehrana sərt cavab verilməlidir”,- Qantz İsrail hökumətinə xəbərdarlıq edib.

Bu bəyanat bu gün Yəməndə İranın dəstəklədiyi husilərin İsrailin Ben Qurion Beynəlxalq Hava Limanının ərazisinə raket hücumundan sonra verilib.

Raket hava limanının perimetri daxilindəki əraziyə düşüb və uçuşların müvəqqəti dayandırılmasına səbəb olub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar