SON XƏBƏRLƏR

İranlı nazir bölgə ölkələrini hədələdi

2025.05.05, 11:03
İranlı nazir bölgə ölkələrini hədələdi

Regionda olan bütün Amerika bazaları İranın hədəfindədir.

Gunaz.tv

Bu sözü İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə ölkənin dövlət kanalına müsahibəsində deyib.

“Əgər bizə hücum etsələr və ya bizi müharibəyə sürükləsələr, buna güclə cavab verəcəyik", - o deyib.

Yerli istehsal olan yeni "Qasem Bəsir" raketinin də nümayiş etdirildiyi müsahibə zamanı müdafiə naziri Amerikaya xəbərdarlıq edib: 

"Biz onların maraqlarına və bazalarına hücum edəcəyik. Bu baxımdan tərəddüd etməyəcəyik və bizə heç nə mane ola bilməz".

Qonşu ölkələrə düşmən olmadıqlarını və onlarla qardaş olduqlarını iddia edən müdafiə naziri deyib ki, "onların ərazilərindəki Amerika bazaları hədəfimiz olacaq".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar