SON XƏBƏRLƏR

Baş nazirlərin təkbətək görüşü keçirilir

2025.05.05, 13:52
Baş nazirlərin təkbətək görüşü keçirilir

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gunaz.tv

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş artıq başlayıb. Belarus Baş naziri daha sonra Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda Belarus Baş naziri azad olunmuş ərazilərə səfər edəcək, orada bir sıra obyektlərə baş çəkəcək. Səfər çərçivəsində biznes Forum da keçiriləcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar