SON XƏBƏRLƏR

Urmuda bəhailərin iş yerləri bağlandı

2025.05.05, 15:13
Urmuda bəhailərin iş yerləri bağlandı

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində islam dininin bəhai məzhəbinə mənsub olan dörd nəfərin iş yeri bağlanıb.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Məlumata görə, iki geyim, bir elektronik ləvazimat və bir avtomobil ehtiyat hissələri satan mağazanın fəaliyyəti onların sahiblərinin bəhai dini mərasimində iştirak edib və mağazalarını tətil etdiklərinə görə qadağan edilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar