SON XƏBƏRLƏR

Qəzvinli etirazçılar magistral yolu bağladılar

2025.05.06, 09:13
Qəzvinli etirazçılar magistral yolu bağladılar

Güney Azərbaycanın Qəzvin əyalətinin pulları mənimsənilən vətəndaşlar yenidən etiraz eyləmi keçirərək Qəzvin-Kərəc avtomobil yolunu bağlayıblar.

Gunaz.tv

Bu barədə onlar sosial media platformalarında paylaşım ediblər.

Eyləm "Təravət novin xodro" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən 28 min qəzvinlinin bir qrupu tərəfindən keçirilib.

Etirazçılar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiklərinə görə etiraz ediblər.

Qeyd edək ki, qəzvinlilərin davamlı etirazlarından sonra şirkət rəhbərliyindən bir neçə nəfər həbs edilib və hazırda onların məhkəmə prosesi gedir.

Aldadılan qəzvinlilər məhkəmənin ədalətli keçirilmədiyini və mənimsəmədə əli olan əsas şəxslərin məsuliyyətə cəlb olunmadıqlarını bildirirlər.

Son 2 il ərzində onlarla oxşar eyləm keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar