SON XƏBƏRLƏR

"Traxtur"a görə ərdəbilli fəallar Qəzvində həbs edilib

2025.05.06, 10:43
"Traxtur"a görə ərdəbilli fəallar Qəzvində həbs edilib

SEPAH-ın təhlükəsizlik bölməsinin əməkdaşları Qəzvin şəhərində azərbaycanlı fəallar Kazım Səfabəxş və Saman Bidar adlı fəalları həbs edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, hər iki fəal "Traxtur" və "Şəms Azər" komandalarının qarşılaşmasından sonra saxlanılıb.

"Traxtur" tərəfdarlarından olan Bidar və Səfabəxşin Qəzvin həbsxanasına köçürüldüyü bildirilib.

Onlara qarşı irəli sürülən ittiham barədə məlumat verilməyib.

Qeyd edək ki, hər iki fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar