SON XƏBƏRLƏR

Təbrizli vəkil həbs edilib

2025.05.06, 13:30
Təbrizli vəkil həbs edilib

İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları mayın 4-ü günorta saatlarında təbrizli hüquqşünas və vəkil Əbülfəz Rəncbərini yaşadığı mənzilinin qarşısında həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları fəaları məlumat yayıb.

Onun həbs səbəbi və hara aparılması barədə ailəsinə məlumat verilməyib.

1969-cu ildə anadan olan Əbulfəz Rəncəbri , ümumi hüququ üzrə doktorluq dərəcəsinə malikdir və uzun illər Təbriz universitetlərində ümumi hüquq və əmək hüququ fənlərini tədris edib. 

“Əmək Hüququ” və “Maliyyə Hüququ və Dövlət Maliyyəsi” kitablarının müəllifi olan azərbaycanlı vəkil, insan haqları ilə bağlı fəaliyyətləri ilə də tanınır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar