SON XƏBƏRLƏR

İngiltərədən Türkiyəyə tam dəstək

2025.05.06, 15:58
İngiltərədən Türkiyəyə tam dəstək

Böyük Britaniya Türkiyəyə 40 ədəd “Eurofighter Tayfun” döyüş təyyarəsinin satışına güclü dəstəyini bir daha bəyan edib.

Gunaz.tv

GünazTV Azpolitika-ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Maria İqlin parlamentdə verdiyi açıqlamada bildirib.

O, “Böyük Britaniya "Tayfun"un Türkiyəyə satışını tam dəstəkləyir”, – deyə parlamentdə bildirib.

Qeyd edək ki, “Eurofighter” proqramı Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın rəhbərlik etdiyi birgə müdafiə təşəbbüsüdür. Satış qərarları bütün tərəfdaşların təsdiqini tələb edir. Almaniya əvvəllər siyasi səbəblərdən Türkiyəyə qabaqcıl döyüş təyyarələri satmaqdan uzaq dursa da, Böyük Britaniyan dəfələrlə öz mövqeyini açıq şəkildəbəyan edib.

Türkiyə müdafiə təşəbbüsü çərçivəsində 20+20 olmaqla 40 ədəd "Tayfun" döyüş təyyarəsi istəyir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar