SON XƏBƏRLƏR

Sarabda məktəb çatışmazlığı xeyriyyəçilərin hesabına həll olunur

2025.05.08, 16:16
Sarabda məktəb çatışmazlığı xeyriyyəçilərin hesabına həll olunur

Şərqi Azərbaycanın Saeab bölgəsində mövcud olan məktəb çatışmazlığını yerli xeyriyyəçi Kəramət Əsədi öz vəsaiti hesabına həll edir.

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

Məlumata görə, bundan əvvəl 22 sinif otağından ibarət 4 məktəb inşa etdirən xeyriyyəçi, indi də 6 sinif otağından ibarət beşinci məktəbin inşasına başlayıb.

O, bununla yanaşı bölgədəki köhnə məktəblərin təmiri və ləvazimatlarla təmin olunması üçün də külli miqdarda vəsait ayırıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar