SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda meşə zolağı məhv edilir

2025.05.09, 12:53
Şərqi Azərbaycanda meşə zolağı məhv edilir

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində meşə zolağı məhv edilir.

Gunaz.tv

Bu barədə yerli ekofəallar məlumat yayıb.

Məlumata görə, xüsusən Gün Girvə kəndi ətrafında ağacların kəsilməsi faktları daha çox qeydə alınıb.

Bu barədə tanınmış ekoloq Əhməd Bayburdi də özünün sosial media hesabında məlumat paylaşıb.

O, Əndiryan qızıl mədəni yaxınlığında meşə zolağının məhv edildiyini yazıb.

"Bu qiymətli bitki örtüyünün aradan aparılması, şübhəsiz ki, regionun ekosisteminə mənfi təsir göstərəcək",- Bayburdi xəbərdarlıq edib.

Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunsa da, mədən istismarçıları buna riayət etmir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar