SON XƏBƏRLƏR

HƏMAS vasitəçilərlə görüşdü lakin ...

2025.05.09, 12:59
HƏMAS vasitəçilərlə görüşdü lakin ...

HƏMAS terror təşkilatı bu həftə vasitəçilərlə görüşdü, lakin razılaşma yolunda heç bir irəliləyiş yoxdur.

Gunaz.tv

GünazTV İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə kimliyi açıqlanmayan HƏMAS-la əlaqəli mənbə bildirib.

Fələstin terror qruplaşmasına yaxın mənbələr bildiriblər ki, HƏMAS nümayəndə heyəti bu həftə Dohada Misir və Qətər vasitəçiləri ilə iki görüş keçirib, lakin onlar Qəzzada atəşkəs yolunda heç bir irəliləyiş əldə etməyiblər.

“HƏMAS tərəfindən Xəlil əl-Hayyanın rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə və cümə axşamı Misir və Qətər rəsmiləri ilə Dohada iki dəfə görüşüb”, – mənbədən biri bildirib. İkinci mənbə deyir ki, danışıqlar “ciddi” olub, lakin “heç bir konkret irəliləyiş yoxdur”.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar