SON XƏBƏRLƏR

Həmədanlı xanım fəalın həbs cəzası təsdiqləndi

2025.05.09, 15:09
Həmədanlı xanım fəalın həbs cəzası təsdiqləndi

Apellyasiya Məhkəməsi ibtidayi məhkəmənin həmədanlı xanım fəal Firiştə Surinin 1 il azadlıqdan məhrum edilməsi barədə qərarını təsdiqləyib.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, azərbaycanlı fəal "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

Bundan əvvəl cari ilin mart ayının 11-də həbs qərarı elan olunsa da, Firiştə Suri ondan Apellyasiya şikayəti vermişdi.

Qeyd edək ki, 2024-cü il sentyabrın 9-da təhlükəsizlik məmurları Firiştə Surinin evinə hücum edib, onu və həyat yoldaşı, şair Əli Cahanianı həbs edərək, mənzildə axtarış aparıblar.

Onlar təhlükəsizlim təcridxanasında dindirildikdən sonra həbsxanaya köçürülüb və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdılar.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar