SON XƏBƏRLƏR

Edama məhkum edilmiş güneyli siyasi məhbus infarkt keçirdi

2025.05.10, 11:39
Edama məhkum edilmiş güneyli siyasi məhbus infarkt keçirdi

Tehraın Evin həbsxanasında saxlanılan və edama məhkum edilən İran-İsveç ikili vətəndaşlığı olan Əhmədrza Calali infarkt keçirib.

Gunaz.tv

Bu barədə onun həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

"Əhmədrza mayın 8-i gecə saatlarında infarkt keçirib və ağır vəziyyətdə həbsxananın tibb məntəqəsinə köçürülüb. Buna baxmayaraq bildirilib ki, onun bazar gününə qədər kardioloqun müayinəsindən keçməsi mümkün deyil",- o, özünün X hesabında yazıb.

Mehranniya, 9 ildir İranda həbsdə saxlanılan 53 yaşlı həyat yoldaşının həyatının təhlükədə olduğunu bildirib, İsveç hökumətindən onun azad edilməsi üçün səylərini artırmağı istəyib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar