SON XƏBƏRLƏR

Hökumət məmurları "Traxtur" tərəfdarlarına hücum edib

2025.05.16, 09:43
Hökumət məmurları "Traxtur" tərəfdarlarına hücum edib

Dünən gecə saatlarında hökumət məmurları Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində "Traxtur" komandasının çempionluğu ilə bağlı şənlik eyəmi keçirən insanlara hücum edib.

Gunaz.tv

Bu barədə yerli sosial media platformalarında məlumatlar yayılıb.

Bildirilib ki, polis qüvvələri şəhərin mərkəzi və ətraf küçələrinə toplaşan "Traxtur"çularaq qarşı zor işlədib, onların bir yerə toplaşmasının qarşısını almağa çalışıb.

"Məmurlar bir neçə gənci saxlayaraq polis maşınına mindirib, onları bölməyə aparmaq istəyib. Bu, hadisə yerində olanların etirazı ilə nəticələnib, etirazçılar polis avtomobilinin hərəkətinin qarşısını aldıqdan sonra, onlar saxlanılan gəncləri sərbəst buraxmağa məcbur olublar." - məlumatlarda qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar