SON XƏBƏRLƏR

Məhbus vəkilin müalicsinə icazə verilmir

2025.05.17, 14:49
Məhbus vəkilin müalicsinə icazə verilmir

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin müalicəsinə icazə verilmir.

Gunaz.tv

Bu barədə insan ahqları fəalları məlumat yayıb.

Məlumata görə, Nəqəvinin vəziyyətinin ağır olmasına, onun təccili cərahi əməliyyatı barədə həkimlərin rəyinə baxmayaraq, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsi ilə razılaşmayıb.

Qeyd edək ki, Tahir Nəqəvi 2024-cü il fevralın 6-da Kərəc şəhərində həbs edilib.

Təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və ona məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Nəqəvini "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırıb, ona və 6 il həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar