SON XƏBƏRLƏR

Azərbaycanlı xanım alpinist Everest zirvəsinə dırmandı

2025.05.19, 13:49
Azərbaycanlı xanım alpinist Everest zirvəsinə dırmandı

Azərbaycan alpinisti Vəfa Musayeva (Vafacan Kahraman) dünyanın ən yüksək zirvəsi olan Everest dağına (8848 metr) uğurla qalxaraq tarixə düşüb.

Gunaz.tv

Bu barədə idman mediası məlumat yayıb.

O, bu zirvəyə qalxan ilk Azərbaycan vətəndaşı olan qadın kimi qeydə alınıb.

Xanım alpinist bununla bağlı özünün sosial media hesabında paylaşım edib:

"Missiya yerinə yetirildi.
Salamatam. Bir az əvvəl Everest baza kampına geri döndüm. ezliklə evimə çatıb, təndir çörəklə dovğa yemək ümidi ilə."

Qeyd edək ki, bundan əvvəl Everest zirvəsinə ilk dəfə qalxan azərbaycanlı 2023-cü ildə bu uğura imza atan Elmira Aslanova olub.

O, əslən Azərbaycanın Gədəbəy rayonundan olsa da, Ukrayna vətəndaşı olduğuna görə uğuru Ukrayna adına qeydə alınıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar