SON XƏBƏRLƏR

Türk adına görə ərdəbilli uşağa sənəd verilmir

2025.05.19, 15:49
Türk adına görə ərdəbilli uşağa sənəd verilmir

Ərdəbildən əyalətinin Qeydiyyat İdarəsi ərdəbilli körpəyə valideynləri Ayhan adı seçdiklərinə görə sənəd verilmir.

Gunaz.tv

Bu barədə Ayhanın atası Səccad Rəşidi məlumat yayıb.

"Qeydiyyat İdarəsi Ayhan adının İran adları siyahısında olmadığı üçün bu ada doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini deyirlər",- o bildirib.

Səccad Rəşidi bundan sonra başqa bir neçə türk adına sənəd almaq istədiklərini, ancaq Qeydiyyat İdarəsinin bu adlarlada razılaşmadığını deyib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar