SON XƏBƏRLƏR

Urmu gölündə su səviyyəsi 33 sm azalıb

2025.05.19, 16:06
Urmu gölündə su səviyyəsi 33 sm azalıb

Urmu gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 santimetr azalıb.

Gunaz.tv

Bunu Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Hüseyn Həsənzadə deyib.

O, gölün sahəsinin də ötən ilin müvafiq dövrü ilə müqayisədə 645.9 kvadrat kilometr kiçildiyini bildirib.

"Hazırda Urmu gölündə mövcud olan su miqdarı 1 milyard 57 milyon kubmetrdir və bu uzun müddətli dövrlə müqayisədə 14 milyard 760 milyon kubmer azalma deməkdir",- Həsənzadə əlavə edib.

Qeyd edək kİ, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar