SON XƏBƏRLƏR

Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs edam edildi

2025.05.21, 10:03
Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs edam edildi

 2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin "Mizan" saytı məlumat yayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. 

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar