SON XƏBƏRLƏR

Qəzvinin 16 şəhəri su böhranı ilə üz-üzədir

2025.05.21, 14:46
Qəzvinin 16 şəhəri su böhranı ilə üz-üzədir

Qəzvin əyalətinin 16 şəhər və 202 kəndində su çatışmazlığı böhran həddinə çatıb.

Gunaz.tv

Bunu əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı Davud Birnəvəndi deyib.

O, hazırda 167 kənddə problemin daha ciddi olduğunu və bu kəndlərə tankerlər vasitəsilə su çatdırıldığını bildirib.

Birnəvəndi problemin həlli üçün 200 quyunun qazılmasına ehtiyac olduğunu, ancaq bunun üçün vəsait ayrılmadıını söyləyib.

Qeyd edək ki, Qəzvində su çatışmazlığı kənd təsərrüfatı sahəsinə də ciddi ziyan vurub.

Bundan əvvəl Qəzvinin İran parlamentindəki nümayəndəsi Rəcəb Rəhmani, əyalətin Takistan mahalında 6 min hektar bağ sahəsinin quraqlıq və su çatışmazlığı nəticəsində məhv olduğunu deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar