SON XƏBƏRLƏR

Türk adına görə təbrizli uşağa sənəd verilmir

2025.05.21, 16:03
Türk adına görə təbrizli uşağa sənəd verilmir

Təbrizin Qeydiyyat İdarəsi təbrizli uşağa valideynləri Əlihan adı seçdiklərinə görə sənəd vermir.

Gunaz.tv

Bu barədə Əlihanın valideynləri sosial mediada məlumat yayıb.

Onların dediyinə görə, Qeydiyyat İdarəsi Əlihan adının adlar siyahısı və sistemində olmadığını iddia edib.

Bir müddət əvvələ kimi Əlihan adı adlar siyahısında olub, 2024-cü ildə isə Ərdəbil və Şərqi Azərbaycan əyalətində oğlan uşaqlarına ən çox qoyulan adlar sırasında olub.

Əlihan adının cari ildən etibarən Qeydiyyat İdarəsinin adlar siyahısından çıxarıldığı ehtimal olunur.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar