SON XƏBƏRLƏR

İran xaricdəki jurnalistləri oğurlamaq istəyib

2025.05.23, 10:00
İran xaricdəki jurnalistləri oğurlamaq istəyib

SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsi xaricdə fəaliyyət göstərən iranlı jurnalistləri oğurlamaq istəyib.

Gunaz.tv

Bu barədə "Azad Avropa" radiosunun Tehranda həbsdə olan əməkdaşı Rza Vəlizadə bildirib.

O, həbsxanadan yaydığı səs yazısında deyib ki, SEPAH əməkdaşları ondan xaricdəki jurnalistləri aldatma və inandırma yolu ilə İrana gətirməyi tələb ediblər.

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı xaricdəki farsdilli mediadakı həmkarlarımı onların etimadını qazanaraq İrana qayıtmağa inandırmaq üçün mənə əhəmiyyətli məbləğdə pul vəd etmişdilər”,- Vəlizadə əlavə edib.

Məhbus jurnalist bununla yanaşı deyib ki, SEPAH zabitləri ona SEPAH-ın maliyyə dəstəyi ilə xaricdə media orqanı yaratmağı da təklif ediblərmiş.

Qeyd edək ki, "Radio farda"da (Azad Avropa) 10 il işlədikdən sonra 2022-ci ilin noyabrında bu mediadan istefa verən Rza Vəlizadə, bir müddət xaricdə qaldıqdan sonra ailəsini ziyarət etmək üçün İrana qayıdıb və bu 2024-cü ilin 22 sentyabrnda həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar