SON XƏBƏRLƏR

İran atom bombası əldə etsə ondan istifadə edəcək- Yekil Leiter

2025.05.23, 11:09
İran atom bombası əldə etsə ondan istifadə edəcək- Yekil Leiter

İslam Respublikasının nüvə bombası əldə etməsi təkcə İsraili təhdid etməyəcək, həm də regionda və dünyada qüvvələr balansını dəyişəcək.

Gunaz.tv

Bunu İsrailin Vaşinqtondakı səfiri Yekil Leiter deyib.

“İranın bombası olacağı təqdirdə ondan istifadə edəcək və onun Yaxın Şərqdəki bütün proksi qüvvələri nüvə çətiri altında fəaliyyət göstərəcək",- səfir əlavə edib.

Stiv Uitkof-un rəhbərliyi ilə davam etdiriləcək qarşıdan gələn nüvə müzakirələrinə toxunan Leiter, danışıqların uğurla bitməsi üçün dua etdiklərini söyləyib.

Tehranın uranı zənginləşdirməkdən məqsədinin nüvə silahı əldə etmək olduğuna diqqət çəkn səfir, buna yol verilməməli olduğunu bildirib:

“Bir çox ölkələrin mülki nüvə enerjisi var, ancaq onlar yanacağı idxal edib, sonra ixrac edirlər. Zənginləşmə yalnız nüvə bombası əldə etmək məqsədi daşıyır",- bir şeylə başa çatır".

Ölkəsinin heç bir halda İranın nüvə bombasına malik olmasına icazə verə bilməyəcəyini vurğulayan səfir, İranın nüvə bombasına malik olmasını İsrail üçün ekzistensial təhlükə olduğu barədə yenidən xəbərdarlıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar