SON XƏBƏRLƏR

Tehran uranın zənginləşdirilməsini inkar edən heç bir razılaşmanı qəbul etməyəcək

2025.05.23, 13:02
Tehran uranın zənginləşdirilməsini inkar edən heç bir razılaşmanı qəbul etməyəcək

Tehran uranın zənginləşdirilməsini inkar edən heç bir razılaşmanı qəbul etməyəcək.

Gunaz.tv

Bu sözləri İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi deyib.

"Amerikalılar qərar verməlidirlər: onlar sövdələşmə, yoxsa qarşıdurma istəyirlər? Onların hər ikisinə sahib ola bilməzlər", - deyə o bildirib.

Təxt-Rəvançi İranın yüksək səviyyəli zənginləşdirilməsini dinc məqsədli, tədqiqat və tibb üçün zəruri hesab edib.

"Elm və tibb sahələrində 60% zənginləşdirmə üçün istifadələr var." - deyə o iddia edib.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar