SON XƏBƏRLƏR

Zəncanlı sürücülər də tətil elan etdi

2025.05.24, 09:16
Zəncanlı sürücülər də tətil elan etdi

3 gün əvvəldən İranın müxtəlif əyalətlərində başlayan yük maşını sürücülərinin tətil aksiyalarının genişlənməsinin davamında, Zəncan şəhərinin sürücüləri də işlərini dayandırıblar.

Gunaz.tv

Bu barədə işçi hərəkatı fəalları məlumat yyaıb.

Sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Qeyd edək ki, bundan əvvəl Qəzvin və Təbriz şəhərlərinin sürücüləri də tətil elan edib. 

Hazırda sürücülərin tətil elan etdikləri şəhərlərin sayı onlarladır və aksiya getdikcə genişlənir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar