SON XƏBƏRLƏR

Tibb bacısı çatışmazlığı təhlükəli həddə çatıb

2025.05.24, 10:59
Tibb bacısı çatışmazlığı təhlükəli həddə çatıb

Tibb bacılarının çatışmazlığı problemi təhlükəli mərhələyə çatıb və əlaqədar dövlər qurumları priblemin həlli üçün əməkdaşlıq etmirlər.

Gunaz.tv

Bunu İran Səhiyyə Sisteminin nümayəndəsi Əhməd Necatian deyib.

"Hər il təxminən 1800 tibb bacısı dövlət xəstəxanalarını tərk edir və onların böyük əksəriyyəti xarici ölkələrə köçür",- o bildirib.

Necatian bir müddət əvvəl İranda ümumilikdə 100 min tibb bacısının çatışmadığını bildirmişdi.

Qeyd edək ki, tibb bacısı çatışmazlığı bu sahədə işləyənlərin əmək haqlarının az olması və əlavə təminatlarının olmaması ilə bağlıdır.

2024-cü ilin avqust ayında əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasın etiraz olaraq İranın 37 şəhərinin 60 xəstəxanasının tibb bacıları etiraz aksiyaları keçiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar