SON XƏBƏRLƏR

Güneyli türkoloq Cavad Heyətin doğum günüdür

2025.05.24, 15:00
Güneyli türkoloq Cavad Heyətin doğum günüdür

Bu gün türkologiyanın önəmli simalarından olan professor Cavad Heyətin doğum günüdür.

Gunaz.tv

O, 24 may 1925-ci ildə Təbrizdə anadan olub.

Yaxın Şərqdə ilk açıq ürək əməliyyatını və ilk böyrək transplantasiyasını həyata keçirib.

C.Heyət, dünya səviyyəli cərrah olmaqla yanaşı, “Varliq” jurnalının baş redaktoru, dil, tarix, türkologiya və fəlsəfə sahələrində bir neçə kitabın və çox sayda məqalənin müəllifi olub.

O, uzun illər İranın Beynəlxalq Cərrahiyyə Cəmiyyətində nümayəndəsi və Paris Cərrahiyyə Akademiyasının üzvü olub. 

Çoxlu məqalələr yazıb və beynəlxalq cərrahiyyə konqreslərində fransız və ingilis dillərində çıxışlar edən təbrizli alim, dünya tibb korifeylərindən sayılır.

Ömrünün son illərini Azərbaycan Respublikasında keçirən, Azərbaycan hökuməti, Prezidenti tərəfindən əziz tutulan Cavad Heyət, 2014-cü il avqustun 12-i səhər saatlarında Bakı şəhərində dünyasını dəyişib.

O, Bakını çoc sevməsinə baxmayaraq, Təbrizdə dəfn edilməsini, mümkün olmadığı təqdirdə isə Bakıda dəfn olunmasını vəsiyyət etmişdi.

Ancaq İran hökuməti onun Təbrizdə Şəhriyarın dəfn olunduğu Məqbərətül Şüəra abidə kompleksində torpağa tapışırılmasına icazə vermədiyi üçün, avqustun 15-də Azərbaycan Milli Elmlər Akademiyasında onunla vida mərasimi keçirilib.

Mərasimdən sonra o, Bakının İkinci Fəxri Xiyabanında torpağa tapışırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar