SON XƏBƏRLƏR

İki təbrizli xristiana ağır cəza verildi

2025.05.26, 11:13
İki təbrizli xristiana ağır cəza verildi

Təbrizin İnqilab Məhkəməsi xristianlığı qəbul etmiş iki nəfərin hər birinə 12 il həbs cəzası verib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, 49 yaşlı Mehdi Rəhimi və 56 yaşlı Kia Nurinia “İran düşməni sionist xristianlığı inancını təbliğ etmək” və “qadağan olunmuş dini kitabların qaçaqmalçılığı”nda günahlandırılıblar.

Bununla yanaşı onların hər biri 1 milyard tümən (12 min dollar) cərimə olunub, həbsdən onra 15 il ictimai hüquqlardan məhrum edilmələri barədə də qərar çıxarılıb.

Qeyd edək ki, İranın konstitusiyasında xristianlığın tanınmasına baxmayaraq, Tehran hökuməti müsəlmanların bu dinə keçməsinə sərt cəza tədbirləri ilə cavab verir.

Xüsusən son illərdə xristianlığı qəbul edən yüzlərlə insan saxlanılıb, onlardan bir çoxuna uzun illik həbs cəzasına məhkum olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar