SON XƏBƏRLƏR

İranda əfqanıstanlı pilot özünü yandırdı

2025.05.26, 11:59
İranda əfqanıstanlı pilot özünü yandırdı

Əfqanıstan Hərbi Hava Qüvvələrinin zabiti, İranda mühacirətdə yaşayan pilot Məhəmməd Əmir Təvəssüli Miqrasiya İdarəsi qarşısında özünü yandıraraq intihar edib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Təvəssüli, İran hökumətinin onun ölkədən çıxarılması barədə qərar verməsindən sonra özünə qəsd edib.

Qeyd edək ki, xüsusən son 1 il ərzində çox sayda əfqanıstanlı qaçqın İrandan qovulub.

Onlardan bəziləri Taliban tərəfindən həbs edilib və barələrində ağır cəza hökmləri çıxarılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar